ABŞ Ermənistanı sanksiyalarla hədələyib
09 Dekabr 2010 Cümə Axşamı 15:40
Bu barədə “WikiLeaks” saytında dərc edilmiş məxfi məlumatlarda bildirilir
Vaşinqton 2008-ci ildə Ermənistanın İrana silah satışını dayandırmayacağı təqdirdə, İrəvana qarşı sanksiyalar tətbiq etməklə hədələyib. Bu barədə ABŞ Dövlət Departamentinin “WikiLeaks” saytında dərc edilmiş məxfi məlumatlarında deyilir.

Vaşinqtonun ABŞ-ın Ermənistandakı səfirinə təcili diplomatik məlumatında Dövlət Departamenti adından Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərmək və “Ermənistanın İraqda Amerika əsgərlərinin ölümü və yaralanmasına səbəb olan İrana silah satışı ilə bağlı dərin narahatlığın bildirilməsi təklif olunub”.

“Ölkələrimiz arasında sıx münasibətlərə baxmayaraq, ABŞ administrasiyası, Konqress bu hadisəyə diqqət ayırmaya bilmir. Qanuna görə, bu silahların satışı məhdudiyyətlər tələb edir”, - deyə məktubun Amerikanın İrəvandakı səfirliyinə göndərilmiş variantında bildirilib.

“Sizin hökumətinizin bizimlə tərəfdaş olması və gələcəkdə bu kimi satışların mümkün olmayacağına zəmanət verə biləcək inandırıcı sübutların təqdim olunması belə bir sanksiyalara yol verməmək üçün əhəmiyyətli addım olardı", - deyə sənəddə vurğulanıb.

“Bizim ABŞ tərəfdən sanksiyaların tətbiqinin mümkünlüyünə yenidən nəzər salmaq imkanımız var. Əgər sanksiyalar tətbiq olunsa, cəza Amerika yardımının azaldılmasını da əhatələyə bilər”, – deyə sənəddə əlavə olunub.

Ermənistandan İrana, terrorla əlaqəsi olan dövlət və təşkilatlara silah satışının qarşısının alınması istiqamətində gələcək addımlar arasında ABŞ İrəvana ölkənin ixrac nəzarəti komissiyasında islahatlar aparılması, ixrac üzərində nəzarət qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, Aİ və ya NATO üzvü olmayan ölkələrə nəqllər üzrə ABŞ-la məsləhətləşmələr aparması, mütəmadi olaraq ABŞ-dan səfərləri əvvəlcədən elan olunmayan ekspert qruplarının qəbul edilməsi təklifini irəli sürüb.

ABŞ Dövlət Departamentinin məxfi məlumatında göstərilir ki, 2003-cü ildə Ermənistan İranın pulemyot və qumbaraatanlar almasını təşkil edib ki, onların da bir hissəsi 2007-ci ildə İraqda bir hərbçinin ölümü və altısının yaralanmasında günahkar olan döyüşçülərdə aşkarlanıb.

ABŞ-ın Ermənistandakı səfirliyi qarşısında İran və başqa ölkələrə yeni silah satışına yol verməmək məsələsi qoyulub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar