Amerikada yaşayan erməni gəncləri prezident Barak Obamanı etiraz aksiyası ilə qarşılayacaqlar. "Armtoday" saytının məlumatına görə, etiraz aksiyası bu gün Obamanın səfər edəcəyi Los-Ancelesdə keçiriləcək. Buna isə ABŞ prezidentinin seçkiqabağı kampaniya zamanı verdiyi sözü tutmaması və qondarma erməni soyqırımını tanımaması səbəb olub.
Etiraz aksiyasının təşkilatçıları ABŞ erməni gəncləri federasiyası və “Şant” Tələbə Assosiasiyasıdır. Nümayişçilərdən biri bidirib ki, Obama administrasiyasının Ermənistana münasibəti erməni diasporasını məyus edib. /ANS PRESS/