ABŞ erməni-türk münasibətlərinə böyük diqqət ayırır
15 Fevral 2011 Çərşənbə Axşamı 11:48
Hillari Klintonun köməkçisi Filip Krouli belə bir bəyanatla çıxış edib
ABŞ Türkiyə, Azərbaycan və Ermənistanı təşviq etməkdə davam edir. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri erməni-türk münasibətlərinin normallaşdırılması perspektivini şərh edən ABŞ dövlət katibinin köməkçisi Filip Krouli bildirib.
“Biz bu məsələyə böyük diqqət ayırırıq. Dövlət katibi şəxsən bu məsələ ilə məşğul olur. Zaman-zaman məlum oldu ki, bu prosesin irəli getməsində müəyyən maneələr mövcuddur. Biz Türkiyə, Azərbaycan və Ermənistanı təşviq etməkdə davam edirik və irəliləmək üçün yollar axtarırıq”, - deyə Krouli qeyd edib.
DOSTLARINLA PAYLAŞ: