ABŞ dünyada terroru dəstəkləyən ölkələrin siyahısını açıqladı
19 Avqust 2011 Cümə 03:36
Birləşmiş Ştatlar bu il də ənənəni pozmadı
ABŞ hələ də Kuba, İran, Suriya və Sudanı terroru dəstəkləyən ölkələr sayır. Dövlət Departamentinin dünyada terror təhlükəsi ilə bağlı illik hesabatında belə deyilir. Sənəd ABŞ xarici siyasət idarəsinin saytında yerləşdirilib.

“1982-ci ildə terrorçuluğun sponsoru elan edilən Kuba 2010-cu ildə terrorçuluq və onun maliyyələşdirilməsinə qarşı mübarizəni dəstəklədiyini bəyan etdi. Lakin bu ölkənin Kolumbiya inqilabi silahlı qüvvələri (Fuerzas Armadas Revolucionarias de Colombia, FARC - ABŞ-ın terror təşkilatı hesab etdiyi qiyamçı qruplaşma) ilə əlaqəsini kəsdiyinin heç bir sübutu yoxdur. Bundan başqa, KİV-də məlumatlar yayılıb ki, ETA təşkilatının bəzi hazırkı və keçmiş üzvləri Kubada yaşayırlar”, - sənəddə deyilir.

Ənənəvi olaraq, terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısında İran, Suriya, eləcə də Sudan var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar