İsrail metbuatı, ABŞ döyüş gemisinin Suriya hadiseleri ile heç bir elaqesinin olmadığını bildirib.
ABŞ donanmasına məxsus "USS San Antonio" adlı döyüş gəmisi, İsrailin şimalındakı Hayfa Limanında dayanıb.
ANS PRESS-in xəbərinə görə, İsrail mətbuatı, döyüş gəmisinin Suriya hadisələri ilə heç bir əlaqəsinin olmadığını, 3 gün davam edəcək proqram çərçivəsində Hayfaya gəldiyini bildirib.
Məlumata görə, İsrail rəhbərliyi, "USS San Antonio"nun Qüds və İsrailin şimalında araşdırma apardıqdan sonra limandan çıxacaq.