ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
08 Oktyabr 2011 Şənbə 21:39
Dvlət katibinin demokratiya və insan haqları üzrə muavini Uilyam Börns gələn həftə ölkəmizə səfər edəcək
Amerika Birləşmiş Ştatları dövlət katibinin demokratiya və insan haqları üzrə muavini Uilyam Börns gələn həftə Azərbaycana səfər edəcək. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın sözlərinə görə, Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin də mühüm enerji infrastrukturunun mühafizəsi proqramında iştirak etmək üçün Vaşinqtona səfər edəcəyi gözlənilir.

Səfir bildirib ki, o, müdafiə naziri Səfər Əbiyevlə bazar ertəsi ABŞ-a gözlənilən Azərbaycanın yüksək rütbəli rəsmilərinin səfərini və eyni zamanda ABŞ tərəfindən göstərilən 9,4 milyon dollarlıq yardımı müzakirə edib.

Onun sözlərinə görə, bu yardım yalnız Xəzər dənizində xüsusi xidmət göstərən sahəyə nəzərdə tutulub: “Bu məbləğ avadanlıq və treninqə cəlb olunacaq. Bütün bu aktivliyin yalnız Xəzər dənizinə aidiyyəti var”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar