ABŞ dövlət katibi Misir və Tunisə səfər edəcək
11 Mart 2011 Cümə 14:36
Hillari Klinton Liviyanın müxalifət nümayəndələri ilə də görüşəcək
Amerika Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton gələn həftə Misir və Tunisə səfər edəcək. Reuters agentliyi bu barədə xəbər verib. Hillari Klinton hər iki ölkədə hökümət dəyişikliyindən sonra bu regiona səfər edəcək ən yüksək rütbəli amerika rəsmisi olacaq. Bu səfər isə martın 15-17-ə təsadüf edəcək. Martin 14-15-də Parisdə Səkkizlik Grupun xarici işlər nazirlərinin iclasında iştirak edəcək Hillari Klinton oradan Misirə və sonra Tunisə yola düşəcək.
ABŞ dövlət katibi səfər çərçivəsində Misirdə vəziyyətlə tanış olacaq, Tunisdə keçid hökümətin rəsmiləri ilə görüşəcək. Hillari Klinton səfər zamanı Misir və Tunis xalqı ilə birbaşa təmasda olmağı planlaşdırdığını da bildirib.
Bəzi məlumatlara görə Hillari Klinton Misir və Tunislə sərhəddə yerləşən Liviyanın müxalifət nümayəndələri ilə də görüşəcək.
“Mən Obama administrasiyası və Amerika xalqının güclü dəstəyini, onların həqiqi demokratiyaya keçid yolunda qarşıda duran mühüm işlərdə müttəfiq olmaq istəyimizi çatdırmaq istəyirəm.”-Hillari Klinton belə deyib.
Hillari Klinton ABŞ Konqressinin Nümayəndələr Palatasının komitəsində çıxışı zamanı onu da bildirib ki, Obama administrasiyası BMT ilə Liviyaya mümkün kəskin tədbirlərin gərülməsini nəzərdən keçirir.
DOSTLARINLA PAYLAŞ: