ABŞ dövlət katibi Hillari Klinton Novruz təbriki ilə çıxış edib
19 Mart 2012 Bazar Ertəsi 19:03
ABŞ dövlət katibi Hillari Klinton dünyada Novruzu qeyd edən hər kəsi bayram münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, H. Klinton təbrikində bildirib ki, 3000 ildən çoxdur Novruz dünyada milyonlarla insan üçün bir ümid dövrüdür: “Amerika xalqı bu yeni ili, ailələr və dostlarla əlaqələrin gücləndirilməsi imkanını alqışlayaraq sizlərə qoşulur. Yeni təhlükələrlə üzləşməyimizə baxmayaraq, biz hələ də insan haqları və söz azadlığına – sülh və tərəqqiyə kömək edən hüquqlara dəstək siyasətimizə sadiq qalırıq”.
DOSTLARINLA PAYLAŞ: