ABŞ Dövlət Departamentinin yeni katibi seçilib
30 Yanvar 2013 Çərşənbə 10:10
Senat ermənipərəst Con Kerrinin namizədliyini təsdiqləyib.
ABŞ Dövlət Departamentinin yeni katibi seçilib. Yeni vəzifəyə Senatın Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Con Kerri təyin olunub. ANS PRESS-in məlumatına görə, Con Kerrinin namizədliyi lehinə 94, əleyhinə isə 3 senator səs verib.
Xatırladaq ki, Con Kerridən öncə bu postu respublikaçı, ABŞ-ın sabiq prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klinton icra edir.
Con Kerri Massaçusets ştatından senatorluğa namizədliyini irəli sürüb və 5 il bu vəzifədə çalışıb. Senatda ölkənin xarici əlaqələri üzrə komitədə 28 il işləyib. Son 4 ildə isə Komitənin sədri olub. 2004-cü ildə prezidentliyə namizədliyini irəli sürmüşdü, lakin Corc Buşa (oğul) məğlub olmuşdu.
DOSTLARINLA PAYLAŞ: