ABŞ Dövlət Departamenti Naurunu ələ saldı
17 Dekabr 2009 Cümə Axşamı 04:30
ABŞ dünya ölkələrini Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə çağırır
“Abxaziya və Cənubi Osetiyanın Nauru ada dövləti tərəfindən tanınması onların hökumətlərinə legitimlik qazandırmır”. ABŞ Dövlət Departamenti belə hesab edir. Departamentin mövqeyini İan Kelli açıqlayıb. O keçirdiyi mətbuat konfransında Naurunu ələ salıb: “Nauruya gəldikdə isə… Mən düzmü tələffüz edirəm-Nauru? Deyərdim ki, Abxaziya və Cənubi Osetiyanın Naurutərəfindən tanınması heç bir əhəmiyyət daşımır və bu iki separatçı regionun hökumətlərinin legitimliyinə təsir etmir”.
Dövlət Departamentinin nümayəndəsi bəyan edib ki, ABŞ dünya ölkələrinin böyük əksəriyyəti kimi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək: “Biz Abxaziya və Cənubi Osetiyaya ayrıca dövlət kimi yox, Gürcüstanın bir hissəsi kimi baxırıq. Biz bütün dövlətləri BMT Təhlükəsizlik Şurasının qətnamələrindən və Fransanın iştirakı ilə əldə olunmuş atəşkəs razılaşmasından irəli gələn öhdəliklərə sadiqlik nümayiş etdirməyə çağırırıq. Bütün ölkələrdən xahiş edirik ki, Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləsinlər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: