ABŞ Dövlət Departamenti “Əl Qaidə”nin qisasından ehtiyatlanır
02 Oktyabr 2011 Bazar 01:05
Qurum “Əl Qaidə” fəallarının zərərsizləşdirilməsi ilə əlaqədar amerikalılara müraciət edib.
ABŞ Dövlət Departamenti “Əl Qaidə” liderlərinin öldürülməsi ilə əlaqədar bütün dünya üçün potensial təhlükələrlə bağlı amerikalılara xəbərdarlıq edib.

Radikal imam Ənvər əl-Əvlakinin zərərsizləşdirilməsi ilə bağlı məlumatı cümə günü Yəməninin Müdafiə Nazirliyi yayıb. Yəmən KİV-inin məlumatına görə, əl Əvlaki Amerika pilotsuz üçuş aparatlarının zərbələri nəticəsində Yəmənin cənubundakı Abyan şəhərində öldürülüb. Bəzi mənbələrin məlumatına görə, onunla bərabər “Əl Qaidə”nin fəalı Samir Xan da zərərsizləşdirilib.

“ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına sentyabrın 30-da Ərəbstan yarımadasında “Əl Qaidə”nin aparıcı fiqurlarının öldürülməsi ilə əlaqədar onlara qarşı yönələ biləcək mümkün qisasla bağlı xəbərdarlıq edir. Bu xəbərdarlıq noyabrın 30-unadək qüvvədədir”, - Deparatmentin məlumatında deyilir.

Dövlət Departamenti xaricdəki amerikalılara tövsiyyə edir ki, ABŞ səfirlik və konsulluqları ilə əlaqədə olsunlar və sayıqlıq nümayiş etdirsinlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar