ABŞ-dan Ukrayna və Qırğızıstana qadağa
01 İyun 2013 Şənbə 02:23
Birləşmiş Ştatlar daha 3 aviaşirkətə qarşı sanksiyalar tətbiq edib.
Amerika Birləşmiş Ştatları Ukraynanın "Bukovina" və "Ukrayna-Aralıq dənizi Hava Yolları", həmçinin Qırğızıstanın "Kirqiztransavia" aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi siyahıda deyilir ki, bu şirkətlər İran tərəfi ilə əməkdaşlıq etməklə artıq qüvvədə olan rejimi pozublar.

Belə ki, "Ukrayna-Aralıq dənizi Hava Yolları"nın saytında dərc olunan məlumatda bildirilir ki, şirkət mütəmadi olaraq Dəməşq və Tehrana reyslər təşkil edir.

Qırğızıstanın "Kirqiztransavia" aviaşirkəti isə qeyd edib ki, İrana olan uçuşlar əsasən bu ölkənin “Mahan Air” şirkətinin sifarişi ilə həyata keçirilir.

Mətbuatda dərc olunan məlumatlara görə, Ukraynanın "Bukovina" aviaşirkəti isə öz aviaparkını İran yükdaşıma şirkətlərinə icarəyə verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar