ABŞ-dan Türkiyəyə Başbuğ müraciəti
07 Yanvar 2012 Şənbə 11:28
Birləşmiş Ştatlar məsələnin ədalətli şəkildə həllinə çağırıb.
ABŞ Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun həbsi ilə bağlı bu ölkəyə müraciət edib. Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland İlkər Başbuğun həbs ilə bağlı hadisələri izlədiklərini bildirib.
Nuland gündəlik mətbuat brifinqində məsələ ilə bağlı verilən suala cavab olaraq bildirib ki, Türkiyə hökumətinə bu məsələlərlə bağlı araşdırma və məhkəmə prosesinin şəffaf şəkildə aparılması və bütün müttəhimlərin beynəlxalq standartlara uyğun olaraq ədalətli şəkildə saxlanılmasını tövsiyə edirik: “Bu, əlbəttə ki, Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğa da aid olmalıdır”.
V. Nuland əlavə edib ki, bu məhkəmə proseslərinin başlamasından etibarən Birləşmiş Ştatlar Türkiyəyə müraciətlər edib: “Konkret detallar haqda heç bir şey deyə bilmərəm. Amma ABŞ-ın Ankaradakı Səfirliyinin belə bir təşəbbüslə çıxış etdiyinə əminəm”.
DOSTLARINLA PAYLAŞ: