ABŞ-dan türk şirkətlərinə zərbə
02 Fevral 2011 Çərşənbə 20:50
Qonşu ölkənin bəzi şirkətləri və vətəndaşları "qara siyahı"ya salınıb
ABŞ-ın Maliyyə Nazirliyi Türkiyə və İranın 6 vətəndaşı, habelə 5 şirkətini “qara siyahı”ya daxil edib. ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi onların İranın raket istehsalı sənayesinə yardım etmələri göstərilir.
ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, yardım raket sistemlərinin inkişafı ilə məşğul olan İranın Dövlət Aviasiya və Kosmik Sənaye şirkətinə göstərilib. Bu əsasda 2007-2008-ci illər ərzində 7 milyon dollardan artıq ticarət əməliyyatı həyata keçirilib. Məlumatdan yardımın polad, alüminium və metal avadanlıqlarının tədarükündən ibarət olduğu da aydınlaşır.
Qeyd edək ki, ABŞ vətəndaşlarına adları “qara siyahı”ya daxil edilən şəxslər və şirkətlərlə ticarət əlaqələrinin qurulması qadağan edilir. Bundan başqa, həmin şirkətlərin Amerika bankalarında olan aktivləri də dondurulacaq.
DOSTLARINLA PAYLAŞ: