ABŞ-dan iranlı generala sərt cəza
11 Mart 2012 Bazar 10:54
Birləşmiş Ştatlar İslam ölkəsinin hərbçisinə qadağalar tətbiq edib
ABŞ İran İnqilabi Keşikçilər Qvardiyasının tərkibinə daxil olan “Əl-Qüds” xüsusi xidmətinin generalı Qolamreza Baqhbaniyə qarşı qadağalar tətbiq edib. Birləşmiş Ştatların Maliyyə Nazirliyinin məlumatına görə, general Qolamreza Baqhbani Əfqanıstandan narkotika qaçaqmalçılığı, eləcə də əfqan taliblərinə silah tədarükündə ittiham olunur.

Amerika xüsusi xidmət orqanlarının iranlı generalla bağlı yaydıqları məlumatda deyilir ki, M. Baqhbaninin Əfqanıstanla həmsərhəd olan Zahedan əyalətindəki rəhbərlik etdiyi idarə İran sərhədi vasitəsilə Əfqanıstan narkomafiyasına tiryəkin narkotik alkaloidlərini (başlıca olaraq bitkilərdən alınan və qüvvətli fizioloji təsiri olan azotlu üzvi maddələr, məs, strixnin, morfi, kinə, kofein və s.) daşımaqda yardım edib.

ABŞ yuridiksiyası ilə generalın bütün aktivləri dondurulub, Amerikanın fiziki və hüquqi şəxslərinə onunla işgüzar əlaqəyə girmək qadağan edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar