ABŞ-dan İran müxalifətinə açıq dəstək
15 Fevral 2011 Çərşənbə Axşamı 00:37
Hillari Klinton Tehran rejimini ikiüzlülükdə günahlandırdı
ABŞ-ın dövlət katibi Hillari Klinton İranda misirli nümayişçilərə dəstək aksiyası keçirən müxalifətçilərə dəstəuk verib. “İranlılar da gördükləri kimi misirlilərin nail olduqları bütün hüquqlara layiqdirlər”, - deyən Hillari Klintonun sözlərinə görə, Birləşmiş Ştatlar Tehran küçələrindəki insanların arzularını aşkar və bilavasitə dəstəkləyir.

ABŞ-ın dövlət katibi İran hakimiyyətini növbəti dəfə müxalifətin səsinə qulaq verməyə və ölkəni daha demokratik yolla aparmağa çağırıb. Bundan başqa, Hhillari Klinton ikiüzlülükdə ittiham edib. Belə ki, Misirdəki etirazları alqışlayan Tehran rejiminin özü müxalifəti boğmağa çalışır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar