ABŞ-dan Ermənistana növbəti zərbə
11 İyun 2009 Cümə Axşamı 18:40
İşğalçı dövlət böyük məbləğdə maliyyə yardımından məhrum edildi

 

Amerikanın “Minilliyn çağırışları” korporasiyasının Direktorlar Şurası dövlət katibi Hillari Klintonun sədrliyi ilə keçən iclasında Ermənistana maliyyə yardımının dayandırılması haqda qərar qəbul edib. Korporasiya Şurası bu qərarını Ermənistan hökumətinin hərəkətlərinin korporasiyanın demokratik idarəçiliyin inkişafı prinsiplərinə uyğun gəlməməsi ilə izah edib.

Korporasiyanın direktoru Rodni Bent gələcəkdə qərara yenidən baxılacağına inanmadığını bildirib.

Xatırladaq ki, Azərbaycanın kənarda qaldığı “Minilliyin çağırışları” proqramı çərçivəsində beş il ərzində Ermənistana 235, 65 milyon dollar yardımın verilməsi nəzərdə tutulurdu.
/ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar