ABŞ'dan Ermənistan məktub
26 Mart 2009 Cümə Axşamı 15:10
Məktubda Hillari Klinton Ermənistan-Amerika münasibətlərinə, regional məsələlərə və Ermənistan-Türkiyə münasibətlərinin həlli yollarına toxunub
ABŞ dövlət katibi Hillari Klinton Ermənistan xarici işlər naziri Edvard Nalbandyana ünvanladığı məktubda Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ münaqişəsinin həllində hərtərəfli yardım etməyə hazır olduğunu bildirib. Ermənistan xarici siyasət idarəsinin mətbuat xidməti xəbər verir ki, dövlət katibinin məktubunu Nalbandyanla görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza təqdim edib. Məktubda Hillari Klinton Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışığını xatırladaraq, Ermənistan-Amerika münasibətlərinə, regional məsələlərə və Ermənistan-Türkiyə münasibətlərinin həlli yollarına toxunub. Görüş zamanı Nalbandyan və Brayza, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə ediblər.
 
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar