ABŞ daha bir rus casusu yaxalayıb
14 İyul 2010 Çərşənbə 10:40
Həbs olunan sayca 12-ci kəşfiyyatçının adı hələlik açıqlanmır.
Amerika Birləşmiş Ştatlarında Rusiya xeyrinə casusluq etməkdə ittiham olunan daha bir nəfər, sayca 12-ci adam da həbs olunub. “Wall Street Journal” dərgisinin yaydığı məlumata görə, həbs olunan 12-ci kəşfiyyatçının adı hələlik açıqlanmır. Ancaq o məlumdur ki, həbs olunan şəxsin 23 yaşı var və onun təhqiqatına hələ ötən ilin payızından başlanılıb.
Məlumatlara görə, adı açıqlanmayan kəşfiyyatçı haqda məlumat rus casuslarının şəbəkəsinin araşdırılması zamanı təsadüfən üzə çıxıb. Gənc casusla bağlı kifayət qədər dəlil toplamaq mümkün olmadığından, ona qarşı ittiham irəli sürmək mümkün olmayıb.
Bu ərəfədə ABŞ-da saxlanılan, sonradan isə azadlığa buraxılan rus kəşfiyyatçısı İqor Sutyaqin isə karantindədir. Sutyagin Böyük Britaniya rəsmilərinin köməkliyi ilə özünə lazımi sənədləri hazırlaya bilib. Bu haqda məlumat verən İqor Sutyaginin qardaşı Dmitri Sutyagin qardaşının Britaniya həkimləri tərəfindən müayinə edildiyini və onun sağlamlığında heç bir problemin olmadığını bildirib. Qardaşının gələcək aqibətinə gəldikdə isə Dmitri Sutyagin belə deyib: “Onun gələcək aqibəti hələ həll olunmayıb. Lakin ondan işləyib işləmək istəmədiyini soruşublar. İşləmək istəyirsə, hansı işi istədiyini də soruşublar. Hazırda o, bu kimi suallara cavab verə bilmir. Bu səbəbdən də onlar ona bir müddət istirahət etmək imkanı veriblər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: