ABŞ-da zəlzələ olub.
14 Fevral 2012 Çərşənbə Axşamı 02:05
Tələfat və dağıntı ilə bağlı məlumat yoxdur
ABŞ-ın Kaliforniya ştatında 5,5 bal gücündə zəlzələ baş verib. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Birləşmiş Ştatları Geoloji Xidməti yayıb. Xidmətin məlumatına görə, yeralı təkanlar yerli vaxtla saat 13.07-də (Bakı vaxtı ilə 01.07) qeydə alınıb. Zəlzələ ocağı 32,9 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Ueytpek şəhərindən 10 kilometr cənub-qərbdə olub.

Tələfat və dağıntı ilə bağlı məlumat yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar