ABŞ-da zəlzələ oldu
05 Fevral 2010 Cümə 01:30
ABŞ-da 6 bal gücündə zəlzələ oldu. Yeraltı təkanların episentri Petroliya şəhərinin 56 kilometrliyində qeydə alınıb.
ABŞ-ın Kaliforniya ştatının sahillərində 6 bal gücündə zəlzələ olub. Məlumatı Birləşmiş Ştatların Geoloji Xidməti yayıb.
Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin episentri Kalifoniyanın şimalındakı Petroliya şəhərinin 56 kilometrliyində, 11,2 kilometr dərinlikdə qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yeraltı təkanlar episentrdən 440 kilometr aralıda yerləşən San-Fransiskoda da hiss edilib.
Dağıntı, tələfat və sunami təhlükəsinin yaranması barədə məlumat yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: