ABŞ-da zavod partladı: 15 yaralı
15 İyul 2010 Cümə Axşamı 01:40
Daş kömür koksu istehsal edən iri kompleksindəki qəzaya qaz alışmasının səbəb olduğu ehtimal edilir.
ABŞ-ın Pensilvaniya ştatındakı Klerton ərazisində zavodda partlayış baş verib. Birləşmiş Ştatların daş kömür koksu istehsal edən iri kompleksindəki faciə nəticəsində 15 nəfər xəsarət alıb. Hadisəyə qazın alışmasının səbəb olduğu ehtimal edilir.
Partlayışdan sonra yanğın baş verib. Zavodun yaxınlığında yaşayan yerli sakinlərin sözlərinə görə, havada kimyəvi mənşəli qatışıq aydın şəkildə hiss olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində müəssisənin fəaliyyəti dayandırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: