ABŞ-da yeddi ölkədən olan sərnişinlərə qarşı baxış sərtləşdirildi
04 Yanvar 2010 Bazar Ertəsi 03:00
Nigeriya, Yəmən, Pakistan, İran, Sudar, Suriya və Kubadan gələn sərnişinlər xüsusilə ciddi yoxlamaya məruz qalacaqlar
Bu gündən ABŞ-a gedən təyyarə sərnişinlərinə qarşı seçim qaydasında sərtləşdirilmiş baxış qaydaları tətbiq olunacaq. ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsinin məlumatına görə, Nigeriya, Yəmən, Pakistan, İran, Sudar, Suriya və Kubadan gələn sərnişinlər xüsusilə diqqətlə yoxlanılacaqlar. Bu sərnişinlər həm şəxsi baxışa məruz qalacaqlar, həm də yükləri yoxlanılacaq.
Qeyd edək ki, Kuba, İran, Sudan və Suriya Birləşmiş Ştatlar tərəfindən terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısına salınıblar. Yeni tələblər ABŞ-a səfərlər həyata keçirən bütün hava yolları şirkətlərinə göndərilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: