ABŞ-da türk-erməni dostluq konserti keçirilib
04 Fevral 2011 Cümə 12:20
Tədbirdə erməni Hrant Dinkin xatirəsinə “Sarı gəlin” mahnısı səsləndirilib
Türk və erməni musiqiçiləri Vaşinqtonda dostluq konserti veriblər. Konsert Türkiyənin ABŞ-dakı səfirliyi və diaspora tərəfindən təşkil olunub.
Tədbirin ən mübahisə doğuran anı “Sarı Gəlin”in ifasının qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkə ithaf olunması ilə bağlıdır. Gənc musiqiçilər Əhməd Adnan Sayqının, Edqar Manasın, Dikran Kukasiyanın əsərlərini ifa ediblər.
Türkiyənin ABŞ-dakı səfiri Namik Tan bildirib ki, “mədəni irsi bölüşmək bir-birini anlamaq üçün ən yaxşı yoldur”. ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri və onun xanımı da konsertdə iştirak ediblər.
Namik Tanın sözlərinə görə, Ermənistanın ABŞ-dakı səfiri tədbirə dəvət olunsa da, o konsertə gəlməyib.
DOSTLARINLA PAYLAŞ: