Amerikanın bir neçə ştatında tornado qasırğası baş verib. Güclü qasırğa İndiana, Miçiqan, İllinoys ştatlarında dağıntılara və yol qəzalarına səbəb olub. İndiana ştatında təbii fəlakət nəticəsində 20 ev dağılıb, məktəb avtobusu çevrilib. Miçiqan ştatında isə dənizdən ayrılan iri buz parçaları sahildəki evlərə dolub.
Hava xidmətindən bildiriblər ki, İndiana ştatının Laurens dairəsində müşahidə olunan ən güclü tornadonun gücü saatda 271 kilometrə çatıb. Bedfordun şimalını dağıntılara məruz qoyan nisbətən zəif tornadonun sürəti isə saatda 136 kilometr olub. Daha 2 tornado şimali və cənubi-qərbi İllinoysda bir neçə binanın dağılmasına səbəb olub.
Sinoptiklərin proqnozuna görə, bu axşam güclü külək, yağış və suyun səviyyəsinin qalxması gözlənilir. Hava xidmətindən verilən məlumat görə, digər bir tornado Sent Luisin şimalında kilsənin və fermanın dağılması ilə nəticələnib. Şimali İllinoys isə hələ də daşqınlara məruz qalmaqdadır. Bu gecə ştatda güclü qasırğa gözlənilir.
Xəsarət alanlar barədə hələ ki, heç bir məlumat verilmir.
Sinoptiklər qasırğanın bəzi ştatlarda bu gün də davam edəcəyini proqnozlaşdırır./ANS TV/