ABŞ-da tornado nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb
01 May 2011 Bazar 01:40
Ekspertlərin fikrincə, bu, son bir neçə onillik ərzində ən dağıdıcı tornadodur.
ABŞ-da dağıdıcı tornadonun qurbanlarının sayı 350 nəfəri ötüb. Məlumatı “Associated Press” agentliyi yayıb. Bundan əvvəlki məlumatlarda 337 nəfərin öldüyü bildirilirdi.
Aprelin 28-də təbii fəlakətin zərbəsində Birləşmiş Ştatların cənubunda və cənub-qərbində altı ştat (Alabama, Missisipi, Corciə, Virciniə, Arkanzas və Tennesi) ziyan çəkib. Ən böyük zərbə Alabamaya dəyib. Bu ştatda azı 266 nəfər ölüb.
Bir sıra ştatlarda fövqəladə vəziyyət elan edilib. Minlərlə ev elektriksiz qalıb. ABŞ hökuməti dağıntılar altında yaralıları axtaran xilasedicilərə köəmk üçün Milli Qvardiyanın əsgərlərini fəlakən bölgəsinə göndərib.
Fəlakətin vurduğu ziya 2 milyard dollardan 5 milyard dollaradək qiymətləndirilir. Ekspertlərin fikrincə, bu, son bir neçə onillik ərzində ən dağıdıcı tornadodur. 1925-ci ildə İllinoys, Missuri və İndiana ştatlarında güclü qasırğa və tornado nəticəsində 747 nəfər ölmüşdü. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: