ABŞ-da təyyarə xəstəxana binasına çırpıldı
09 İyul 2011 Şənbə 01:04
Hadisə nəticəsində dörd nəfər ölüb.
ABŞ-ın Kaliforniya ştatının Vatsonvill şəhərində yüngül müşərrikli “Mooney M20” təyyarəsi xəstəxananın binasına çırpılıb. Bu barədə məlumatı ABŞ Nəqliyyatda təhlükəsizlik üzrə Milli İdarəsi yayıb. Yerli hökumətin məlumatına görə, hadisə nəticəsində dörd nəfər - iki böyük və iki uşaq ölüb. İnsidentin səbəbləri araşdırılır.

Əvvəlcə təyyarədə olan iki nəfərin öldüyü bildirilirdi. Lakin sonradan xəstəxananın dağıntıları altında qalmış maşından daha iki cəsəd çıxarılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar