ABŞ-da şəhər hərraca çıxarıldı
14 Mart 2012 Çərşənbə 20:36
Buford şəhərinin yeganə sakini yaşayış yerini dəyişmək qərarına gəlib.
ABŞ-ın Vayominq ştatında yerləşən Buford şəhəri hərraca çıxarılıb. “Wyoming News” nəşrinin yazdığına görə, özünü şəhər meri elan etmiş Bufordun yeganə sakini Don Semmons yaşayış yerini dəyişmək istədiyi üçün təsərrüfatı hərraca çıxarmaq qərarına gəlib.

Semmons bildirib ki, qohumları başqa yerlərə köçüb, özü isə tezliklə təqaüdə çıxacaq.

Hərrac bu il aprelin 5-də keçiriləcək. Şəhərin ilkin qiyməti 100 min dollardır. 1980-ci ildən Buforda yerləşən Semmonsun təsərrüfatında yanacaq doldurma stansiyası və dükan var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar