ABŞ-da respublikaçılar ilk qələbəsini qazandılar
04 Yanvar 2012 Çərşənbə 14:12
İlkin seçkilərdə Massaçusets ştatının eks-qubernatoru qalib gəlib.
Amerika Birləşmiş Ştatlarında bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasının başladığı Ayova ştatında respublikaçılar öz aralarında prezidentliyə ən real namizədi müəyyənləşdiriblər. İlkin seçkilərdə Massaçusets ştatının eks-qubernatoru Mit Romni qələbə qazanıb. Massaçusets ştatının qubernatoru olan Mit Romni əsas rəqibi Rik Santorumdan bir necə çox səs toplayaraq qalib olub. Belə ki, Mit Romni 30.015 səs, əsas rəqibi Rik Santorum isə 30.008 səs toplayıb.
Respublikaçıların partiyadaxili seçkilərində əsas rəqiblər Mit Romni, Texas konqresmeni Ron Pol və sabiq Pensilvaniya senatoru Rik Santorum hesab edilirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar