ABŞ-da qış vaxtından yay vaxtına keçilir
13 Mart 2011 Bazar 06:11
Martın 27-sinədək Bakı ilə Nyu-York və Vaşinqton arasında vaxt fərqi 10 saat olacaq.
Bu gecə yerli vatla saat 02.00-da (Bakı vaxtı ilə saat 11.00) ABŞ-da qış vaxtından yay vaxtına keçiləcək. Beləliklə, Bakı ilə Vaşinqton və Nyu-York şəhərlərinin yerləşdiyi ABŞ-ın qərb sahilləri arasında saat fərqi 10 saat təşkil edəcək. Bu, martın 27-sinə Azərbaycanda yay vaxtına keçilənədək davam edəcək.

Amerikanın bütün ştat və ərazilərində saatların əqrəbləri bir saat irəli çəkiləcək. Arizona, Havay, Puerto-Riko, Virciniya adaları, Quam, Qərbi Samoa və Şimali Marian adalarında daim standart vaxt qüvvədədir. Ona görə də bu ərazilərin sakinlərinin narahatlığına əsas olmayacaq.

Yaz və yay aylarında sutkanın işıqlı vaxtlarından rasional istifadə təklifi ilə ABŞ-ın müstəqillik Bəyannaməsinin müəlliflərindən biri - Bencamin Franklin çıxış edib. ABŞ-da yay vaxtının tətbiqinə ilk dəfə 1918-ci ildə prezident Vudro Vilsonun sərəncamı ilə başlanılıb. Lakin bir il sonra qanunvericilər bunun əleyhinə çıxış ediblər. Yalnız 1966-cı ildə ölkədə müvafiq qanun qəbul edilib.

ABŞ Energetika Nazirliyinin hesablamalarına görə, yay vaxtına keçid gündə 100 min barel neftə qənaət deməkdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar