ABŞ-da qaradərililər ayağa qalxdı
07 Noyabr 2010 Bazar 00:50
150-dən çox qaradərili polis əməkdaşına yüngül cəzanın verilməsinə talanlarla cavab verib.
ABŞ-ın Kaliforniya ştatının Oklende şəhərində baş vermiş kütldəvi iğtişaşların 152 iştirakçısı saxlanılıb. Etirazlara Los-Anceles məhkəməsinin ağdərili polis əməkdaşı Yohannes Mehserl barəsində çıxardığı qərar səbəb olub. Məhkəmə onu qaradərili amerikalı, 22 yaşlı Oskar Qrantı eşhtiyatsızlıqdan qətlə yetirməyə görə iki il müddətinə azadlıqlar məhrum edib. Bir çox afroamerikalılar qərarı olduqca yumşaq hesab edirlər.

Oklend polisinin məlumatına görə, saxlanılan qaradərililər şəxsi mülkiyyətə ziyan vurduqlarına, hüquq-mühafizə orqanları əməkdaşlarına tabel olmaqdan imtina etdiklərinə görə saxlanılıblar Məhkəmə qərarından narazı qalan qaradərililər evlərin və şəxsi maşınların şüşələrini sındırıblar, bir polis zabitinin tabel silahını əlindən alıblar və ondan istifadə ilə hələyiblər. İğtişaşların aktiv fazası 90 dəqiqə davam edib. Saxlanılanlardan çəkiclər, gcözyaşardıcı qaz balonları və bıçaqlar götürülüb.

Qeyd edək ki, Yohannes Mehserllə bağlı hadisə 2009-cu ilin ilk günündə baş verib. O, polis patrulunun tərkibində metro stansiyasına gedib. Polisi qatarda baş verən dava-dalaşla əlaqədar sərnişinlər çağırıblar. Polis əməkdaşları qatardan bir neçə nəfəri, o cümlədən, qaradərili Oskar Qrantı düşürüblər. Yoldan keçənlərdən biri tərəfindən çəkilmiş videogörüntüdə Mehserlin tapança ilə Oskar Qranta arxadan atəş açdığı görünür. Videogörüntü internetdə yerləşdirildikdən sonra Oklenddə ciddi etiraz dalğasına səbəb olub.

Yohannes Mehserl məhkəmədə bildirib ki, elektroşokdan istifadə etmək istəsə də, səhvən tabel tapançasını çıxarıb. Məhkəmə polis əməkdaşının Oskar Qrantı ehtiyatsızlıqla öldürdüyü qərarına gəlib. Klafiorniya qanunvericiliyinə görə, bu əmələ görə iki ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Etirazların olacağı gözlənildiyindən, polis əməkdaşının məhkəməsi Oklenddə yoxÖ Los-Ancelesdə keçirilib və o, iki il müddətinə azadlıqdan məhrum edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar