ABŞ-da qadınların 20 faizi zorlamaya məruz qalır
15 Dekabr 2011 Cümə Axşamı 06:11
Ölkədə keçirilən anket nəticəsində 29 milyon qadının fiziki zorakılığa məruz qaldığı deyilir.
Amerikada yaşayan hər 5 qadından biri zorlanma və ya zorlanma cəhdinə məruz qalır. Bu, Amerikada qadınlar arasında “məişət zorakılığı” barədə keçirilən anket nəticəsində məlum olub. Anketdə həmçinin hər 4 qadından birinin əri və ya kişi partnyoru tərəfindən fiziki zorakılığa məruz qaldığı bildirilir.

Qeyd edək ki, telefon vasitəsilə keçirilən anket nəticəsində 29 milyon qadının fiziki zorakılığa məruz qaldığı deyilir. Bu qadınlar partnyorları tərəfindən boğulduqlarını, bıçaqlandıqlarını, döyüldüklərini, təpikləndiklərini, yumruqlandıqlarını bildiriblər. Buna ərləri tərəfindən itələnən, sillələnən qadınlar da əlavə edildiyi vaxt bu rəqəm 36 milyona çatır.

Zorlama və ya zorlama cəhdinə məruz qalanların yarısına yaxını isə bu acı təcrübəni 17 yaşından əvvəl yaşadığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar