ABŞ-da poçt şöbəsində beş nəfər girov götürülüb
24 Dekabr 2009 Cümə Axşamı 01:45
ABŞ-da poçt şöbəsində beş nəfər girov götürülüb. Binadan atəş səsləri eşidilib.
Naməlum şəxs ABŞ-ın Virciniya ştatının Uitvil şəhərində poçt şöbəsində beş nəfəri girov götürüb. Məlumatı jurnalistlərə şəhər meri Trent Kryu verib. Onun sözlərinə görə, poçt şöbəsindəki beş nəfərdən üçü əməkdaş, ikisi isə müştəridir.

Adamlar girov götürüldükdən sonra poçt şöbəsinin binasından atəş səsləri gəlib. Lakin şəhər rəhbərliyinin ilkin məlumatına görə, girovlardan heç biri zərər çəkməyib. Hazırda hökumət və polis cinayətkarlar danışıqlar aparır. Onun şəxsiyyəti hələ dəqiqləşdirilməyib.

Uitvil şəhəri Virciniya ştatının cənub-qərbində yerləşir. Orada təxminən 30 min nəfər yaşayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar