ABŞ prezidenti Barak Obama da Qurani Kərimi dinləyib.
ABŞ-ın Konnektikut ştatında 20-si azyaşlı olmaqla 27 nəfərin öldürülməsi ilə nəticələnən qətliam qurbanları üçün keçirilən və prezident Obamanın da iştirak etdiyi tədbirdə Quran oxunub. “İnanclararası” formda keçirilən tədbirdə xristian və yəhudi din xadimləri ilə yanaşı şəhərdəki “Al Hedaya” (əl Hidayət) İslam mərkəzindən iki nümayəndə də kürsüyə çıxıb. CNN telekanalından birbaşa yayımlanan tədbirdə hindistan əslli Muaz Bavanqarvala adlı müsəlman Qurani Kərim oxudu. Daha sonra Ceson Qraves qətliamda ölənlər üçün dua edib.
“İtirdiklərimiz üçün cənnətdə xüsusi yer ayırmasını Allahdan təmənna edirəm. Dözülməz olan bu fəlakətə dözmələri üçün ailələrinə də səbr ehsan etməsini Allahdan arzu edirəm. Hamısı üçün dua edirik” – deyən Qraves Qurani Kərimin İnşrah surəsindən “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” ayəsini oxuyub.