ABŞ-da meşə yanğını 32 min insanı evsiz qoyub
29 İyun 2012 Cümə 12:14
Barak Obama fövqəladə vəziyyət zonasına baş çəkəcək.
Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında meşə yanğınlarının miqyası genişlənir. Ştat tarixində indiyədək ən güclü yanğın təkcə bu həftə 350-yə yaxın evi məhv edib. 32 mindən çox sakin evakuasiya edilib. Koloradonun bəzi bölgələrində evlərin hamısı kül olub.
Artıq 67 kvadrat kilometr ərazini əhatə edən yanğın ABŞ Hava Qüvvələri Akademiyası üçün də təhlükə törədib. Yanğın zamanı 3 nəfər ölüb, 1 nəfər isə itkin düşüb. Yanğının Kolorado ştatına vurduğu ziyan isə hələlik 3,2 milyon dollar olaraq qiymətləndirilir.
Bu gün ABŞ prezidenti Barak Obamanın yanğın zonasına baş çəkəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: