ABŞ-da islama maraq çox genişdir
08 Aprel 2009 Çərşənbə 19:51
Samina Malik: "25 ildir ki, dünyanın mxtəlif ölkələrinə Quran aparıram və insanlara hədiyyə edirəm"
Son zamanlar Qərb dövlətlərində, ABŞ-da islamı qəbul edənlərin sayının artması barədə çox danışılır. İslamın digər dinlərlə müqayisədə insanların axtardıqları suallara daha çox cavab verdiyi, mənəvi rahatlıq duyğusu bəxş etdiyi dəfələrlə vurğulanır. Quranı oxuyan və onu az da olsa dərk edə bilən insan dünyada baş verən bütün proseslərin bu kitabda əks olunduğunu görür və təbii ki, bundan riqqətə gəlir. Bu günlərdə redaksiyamızın qonağı olan Amerika vətəndaşı, əvvəllər xristian olub sonradan islamı qəbul edən Samina Malikin vaxtilə islamı necə qəbul etdiyini öz dilindən eşitdik. O, ABŞ-da islama olan münasibət barədə də söz etdi.
-Samina xanım, neçə ildir ki, ABŞ-da yaşayırsınız?
-Mən özüm Ficcədənəm. Artıq 40 ildir ki, ABŞ-ın Ohayo ştatında yaşayıram. 25 ildir ki, Quranı xalqlar arasında təbliğ etmək üçün dünyanın müxtəlif ölkələrini gəzirəm. Bizim ABŞ-da fəaliyyət göstərən bir qurumumuz var ki, orada işləyən alim və professorların köməyi ilə Quran müxtəlif xalqların dilinə tərcümə olunur. Azərbaycana-İslam Universitetinə də 1000 ədəd Quran gətirmişəm. Kitablar türk dilinə tərcümə olunub.
-Necə oldu ki, islam dinini qəbul etdiniz?
-Mən özüm xristian bir ailədə anadan olmuşam. 19 yaşım olanda islam dinini qəbul etmişəm. Mənim həyat yoldaşım pakistanlıdır. Ancaq mən onunla ailə həyatı qurmamışdan əvvəl islamı artıq qəbul etmişdim.  İndi isə 61 yaşım var. İslam dini mənim çox xoşuma gəlirdi. Xristian olmağım məni qane etmirdi. Elə buna görə də qərara aldım ki, islam dinini qəbul edim.
-Bəs ailədə sizin qərarınız narazılıqla qarşılanmadı?
-Anam mənə dəstək oldu. Ailəmin hər bir üzvü xristiandır. Yalnız məndən başqa. Bacılarım istəmirdi ki, mən islamı qəbul edim. Ancaq mən islamı qəbul etdim və artıq qeyd etdiyim kimi 25 ildir ki, dünyanın bir çox ölkələrində olur, konfranslarda iştirak edir, həmin ölkələrdə Quranı yayıram. Bu illər ərzində mən Rusiya, Bosniya, Albaniya, Vyetnam, Flippin, İndoneziya və sair ölkələrdə olmuşam. Bu ölkələrin hər birinə Quranın onların ana dilində olan tərcüməsini aparmışam. Bu günə kimi Quranı 17 dildə tərcümə etmişik. Bundan başqa kitab onlara verilir ki, hər kəs onu öz dilində oxuya bilsin. Məsələn, 6 min kitabı rus dilinə çevirib, Rusiyaya göndərdik. Orta Asiya dövlətlərinə 10 min, 3000  kitab Almaniyaya və s. ölkələrə göndərmişik. Allah mənə nə qədər ömür veribsə, mən bu fəaliyyətimi davam etdirəcəm. Onu da deyim ki, biz Mövlana Məhəmməd Əli tərəfindən ingilis dilinə tərcümə olunan Qurandan istifadə edirik. Yəni onu tərcümə edirik. Mövlana Məhəmməd Əli hindistanlıdır. Quranı ərəbcədən ingilis dilinə ilk dəfə o tərcümə edib.
-Sizin tərcümə mərkəzi ABŞ-da yerləşir. İşinizə maneçilik törədənlər olurmuğ Ümumiyyətlə, ABŞ-da müsəlmanlara qarşı olan münasibət necədir?
-Bəzi vaxtlar xristianlar müsəlmanlara qarşı mənfi münasibət göstərirlər. Bu o qədər də geniş şəkildə olmur. Ancaq televiziyalar belə məqamları demirlər. Amma biz işimizi görürük və problemimiz yoxdur. Mənim yoldaşım həkimdir. Quranın tərcüməsi, nəşri üçün vəsaiti o ödəyir. Mən bütün vəsaitimi dünyada Quranın yayılması üçün sərf edirəm.
-Sizin bu fəaliyyətinizin təsiri ilə gəzdiyiniz ölkələrdə Quranı qəbul edənlər çox olub?
-Çox... Məhəmməd Əlinin ingilis dilinə çevirdiyi Quran çox məhşurdur və geniş yayılıb. Xristianlar islamın tərcüməsini oxuyub, onunla yaxından tanış olduqdan sonra islamı qəbul edirlər. Orda xristian oğlanlar müsəlman qızları ilə evlənəndə əvvəlcə islamı qəbul edirlər. Əks təqdirdə qızın valideynləri buna icazə vermir.
-ABŞ-da baş verən terror hadisələrindən sonra müsəlmanlara qarşı davranışlar sərtləşdimi?
-Bilirsiniz, insanların hamısı eyni deyil, axı. Gözəl şüura sahib olanlar heç vaxt belə işlərə yol vermirlər.
-ABŞ-da islama meylin artdığı deyilir. Bu, özünü hansı səviyyədə göstərirğ İnsanları islam cəlb edənə əsas səbəb nədir?
-Deyə bilərəm ki, axır zamanlar bir milyondan çox insan islamı qəbul edib. Bu son zamanların rəqəmidir. Amma orda müsəlmanların sayı çoxdur. Bəzən olur ki, televiziyalar islamın yaxşı olmaması barədə danışır. Buna görə də insanlar islamla daha çox maraqlanmağa başlayır. Oxuyandan sonra isə islamın nə qədər gözəl din olduğunu görür və islamı qəbul edirlər. Bu yaxınlarda Flippinə gedəcəyəm. Orda on nəfər islamı qəbul edəcək. İslamı sonradan qəbul edənlər də islamın qoyduğu bütün qaydalara əməl edirlər. Ramazan ayını da qeyd edirik. Zəkat da veririk. Mən hələ islamı qəbul etməmişdən əvvəl fikirləşirdim ki, Tanrı məni göndərib ki, mən islamı qəbul edim. Pul, var-dövlət mənim üçün əhəmiyyətsizdir. Ficcə adasında müsəlmanlar mənə deyirdilər ki, nə olsun ki, sən islamı qəbul etmisən. Sən xristian kimi anadan olmusan. Mənə deyirdilər ki, sənin bizim kimi müsəlman qanın yoxdur. Ficcə adasında xristianlıqdan başqa inanca qulluq edənlər də var. Amma əsasən xristianlar islamı qəbul edir. İndi bütün dünyada islamiyyətə üstünlük verilir. Mən dünyanın bir çox yerlərini gəzmişəm. hər zaman Allah mənə kömək olur və mənim üçün ciddi problemlər çıxmır. Başımı hicabla örtdüyüm üçün ABŞ-da heç bir problemlə qarşılaşmıram. ABŞ mağazalarında müxtəlif dillərə tərcümə olunmuş Quran satılır. Quran haqqında deyilən əks fikirlər isə insanların onunla daha çox maraqlanmasına imkan yaradır.
 
Olaylar


DOSTLARINLA PAYLAŞ:

oyunlar