ABŞ-da İran əleyhinə aksiyalar keçirilir
28 Sentyabr 2012 Cümə 11:27
ABŞ-da İran əleyhinə etiraz aksiyaları davam edir.
APA-nın məlumatına görə, piket iştirakçıları BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad və bu ölkənin ali dini lideri, ayətullah Əli Xamneyinin əleyhinə müxtəlif şüarlar səsləndirirlər. BMT-nin əsas binasının qarşısındakı Dag Hammarskjöld Parkında toplaşmış xeyli sayda insan M. Əhmədinejad və ayətullah Xamneyinin kuklalarını nümayiş etdirib, “İran rejimi terrorizmin ən böyük dəstəkçisi!”, “İran üçün demokratiya!” şüarları veriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar