ABŞ-da güclü qasırğa qurbanlarının sayı artıb
17 Aprel 2011 Bazar 11:15
Üç gün ərzində 185 tufan qeydə alınıb.
ABŞ-da bir neçə gündür tuğyan edən tufan nəticəsində ölənlərin sayı 26-a çatıb. Güclü külək ABŞ-ın mərkəzi və cənub-qərb ərazilərinə ciddi ziyan vurub. Ölənlərin çoxu Alabama ştatının sakinləridir. Bundan başqa, Arkanzas, Oklahoma, Missisipi, Luiziana və Corciya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilb. Onlarla ev dağılıb, on minlərlə insan işıqsız qalıb. Qasırğa təhlükəsi qalmaqdadır. Üç gün ərzində 185 tufan qeydə alınıb. Ölənlərin sayının artacağı istisna edilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar