ABŞ-da girov götürülən məktəblilər azad edildilər
30 Noyabr 2010 Çərşənbə Axşamı 12:35
Polisin apardığı danışıqlar öz müsbət nəticəsini göstərib
ABŞ-ın Viskonsi ştatının Marinet şəhərciyində yerləşən məktəblərdən birində girov götürülən 23 məktəbli və bir nəfər müəllim bu gün azad ediliblər. Bu şəxsləri girov götürən yuxarı sinif şagirdinin aqibəti haqqında isə heç bir məlumat verilmir. Yuxarı sinif şagirdinin nə səbəbə məktəbli yoldaşları və müəllimi girov götürməsi ilə bağlı da hələ ki, məlumat yoxdur. ABŞ polisinin verdiyi məlumata görə, artıq həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilib və valideynləri baş vermiş hadisə ilə bağlı məlumatdırılıb.

Xatırladaq ki, dünən Bakı vaxtı ilə saat 17:00 radələrində yuxarı sinif şagirdi tapança ilə silahlanaq məktəbə hücum çəkmiş və 23 məktəbli, bir nəfər müəllimi girov götürmüşdü. Bundan sonra polis girov götürülən müəllimin mobil telefonu vasitəsi ilə yuxarı sinif şagirdi ilə əlaqə yaradaraq danışıqlara başlamışdı.




DOSTLARINLA PAYLAŞ:

oyunlar