ABŞ-da fitnes-zala silahlı basqın olub, 5 nəfər ölüb
05 Avqust 2009 Çərşənbə 10:20
Hadisə nəticəsində 15 nəfər isə ağır yaralanıb

 

ABŞ-ın Pitsburq şəhərində fitnes- zalların birində atışma olub. Hadisə nəticəsində 5 nəfər ölüb, 15 nəfər ağır xəsarət alıb. ANS PRESS-in CNN-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində xəstəxanaya 9 yaralı çatdırılıb.

Qeyd edək ki,  hadisə Latın Amerika rəqsi üçün nəzərdə tutulan otaqda baş verib. Həmin vaxt rəqs otağında təqribən 30-a yaxın qadının olduğu bildirilir.

İnsident şahidlərindən biri baş vermiş hadisəni belə təsvir edib: orta yaşlı ağ dərili kişi əlində böyük idman çantası iə otağa daxil oldu, sonra işığı söndürərək atəş açamağa başladı.

Fitnes zalının işçi heyəti hələ ki, atəş açan şəxsi tanımayıb. Hazırda hadisə yerində axtarış işləri aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar