ABŞ-da fırtına nəticəsində ölənlərin sayı 266-ya çatıb
29 Aprel 2011 Cümə 01:29
Ən böyük tələfat Alabama ştatında qeydə alınıb
ABŞ-ın cənub ştatlarında fırtına nəticəsində ölənlərin sayı 266 nəfərə çatıb. Məlumatı “Reuters” agentliyi yerli hakimiyyətlərə istinadən yayıb.
Aprelin 27-də Alabama, Missisipi, Missuri, Arkanzas və Oklahoma ştatlarında tornado baş verib. Milli meteoroloji xidmət həmin gün 137 nəfərin öldüyünü açıqlayıb. Bunlan sonra isə ölənlərin sayının 213 nəfər olduğu bildirilirdi.
Ən böyük tələfat Alabama ştatında qeydə alınıb. Orada təbii fəlakət 162 nəfərin həyatına son qoyub. Tuskulaza şəhərində 1,6 kilometr enində burağan baş verib. Meteoroloq Coş Nagelberq bildirib ki, bu, Alabamanın tarixində ən iri qasırğadır.
Missisipi ştatının hökuməti 32 nəfərin öldüyünü təsdiqləyib. Tennesi ştatında 30, Corciyada isə 10 nəfər ölüb. Virciniyada 8 nəfərin ölümü barədə məlumatlar olsada, ştat hökuməti bunu təsdiqləməyib.
DOSTLARINLA PAYLAŞ: