ABŞ-da erməni mafiyasının rəhbəri həbs edilib
16 Oktyabr 2010 Şənbə 11:25
Vaqan Stenpanyan könüllü surətdə təslim olub.
ABŞ-da aşkar edilən ermənilərdən ibarət cinayətkar qruplaşmanın liderlərindən biri Vaqan Stenpanyan könüllü surətdə hüquq-mühafizə orqanlarına təslim olub. ANS PRESS-in “Amerikanın səsi” radiosuna istinadən verdiyi xəbərə görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) onu erməni cinayətkar qruplaşmasının Nyu-York qolunun rəhbərlərindən biri kimi xarakterizə edib.
Qeyd edək ki, bu həftə Birləşmiş Ştatların bir neçə ştatında xüsusi iri həcmli fırıldaqçılıq və digər cinayətlərdə ittiham olunan amerika-erməni cinayətkar qruplaşmasının üzvləri həsb edilib. Bu cinayətlərdə şübhəli bilinən Vaqan Stenpanyanı isə tutmaq mümkün olmamışdı.
FTB-nin məlumatına görə, Vaqan Stenpanyan başqalarının adı altında kredit kartı almaq məqsədi ilə sövdələşmələrdə iştirak edib. O həmçinin ABŞ-ın İmmiqrasiya Komitəsində sənədlərin doldurulması zamanı saxtakarlıq etməkdə şübhəli bilinir. FTB-nın axtarışda olan cinayətkarlar siyahısında Stepanyan “silahlı və təhlükəlidir” kimi qeyd olunub.
Xatırladaq ki, ABŞ hakimiyyəti əsasən ermənilərdən ibarət cinayətkar qruplaşmanın 73 üzvünə qarşı cinayət işi qaldırıb. Onlar bir sıra cinayətlərdə – hiylə yolu ilə tibbi sığorta, saxta kredit kartları ilə fırıldaqçılıq, qaçaqmalçılıq yolu ilə siqaret və dərman pereparatları ticarətində ittiham olunurlar.
Tutulanlar arasında 46 yaşlı Armen Kazaryan, 34 yaşlı David Mirzoyan və 35 yaşlı Robert Tercanyanın adı var. İstintaqın məlumatına görə, erməni mafiyasının başçısı “qanuni oğru” “Pzo” ləqəbli Armen Kazaryan olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: