ABŞ-da erməni cinayətkar dəstə həbs edilib
17 Fevral 2011 Cümə Axşamı 01:48
Erməni cinayətkarlara qarşı çoxsaylı ittihamlar irəli sürülüb
ABŞ-ın hüquq-mühafizə orqanları Kalifoniya ştatının cənubunda “Erməni gücü” (Armenian Power) etnik erməni cinayətkar qruplaşmasının 99 üzvünü həbs edib. Məlumatı “Associated Press” agentliyi prokurorluğun nümayəndəsi Toam Mrojekə istinadən yayıb.

Qruplaşmaya qarşı davam edən əməliyyatda Kalifoniya və federal polisin yüzlərlə əməkdaşı iştirak edir. Həbslər Qlendeyl və Qərbi Hollivudda (Los-Ancedes rayonu) aparılıb. “Erməni gücü”nün üzvlərinə reketlik, qətllər, adam öldürməyə cəhd, adam oğurluğu, hədə-qorxu ilə pul tələb etmək və digər cinayətlərlə bağlı ittiham elan edilib. Qruplaşmanın şəxsi məlumatların oğurlanması və dələduzluqla məşğul olduğu da eştimal edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar