ABŞ-da ehtiyatın azalması nefti ucuzlaşdırdı
09 Dekabr 2010 Cümə Axşamı 03:25
“Qara qızıl”ın qiyməti 0,41-0,52 dollar azalıb
Dünya bazarlarında neftin qiyməti azalıb. Mütəxəssislər bunu ABŞ-da neft məhsulları ehtiyatındakı dəyişikliklə bağlı yayılan məlumatlarla əlaqələndirirlər.
London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,62 dollar azalaraq, 90,77 dollara düşüb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,41 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 88,28 dollar təşkil edib.
Qeyd edək ki, ötən gün açıqlanan məlumata görə, ABŞ-da neft ehtiyatları 3,8 milyon barel və ya 1,1% azalıb. Azalmadan sonra neft ehtiyatının həcmi 355,9 milyon barelə enib.
DOSTLARINLA PAYLAŞ: