ABŞ-da daha bir silahlı insident
16 Dekabr 2012 Bazar 14:28
Markos Qurrolla adlı şəxs Kaliforniya ştatındakı ticarət mərkəzində silahdan 50 dəfə atəş açıb.
ABŞ-ın Kaliforniya ştatındakı ticarət mərkəzlərindən birində odlu silahdan atəş açan şəxsi polis tutub. ANS PRESS-in məlumatına görə, insident "Fashion Island mall" ticarət mərkəzinin açıq avtomobil dayanacağında baş verib. Hadisə şahidləri bildirirlər ki, naməlum şəxs cibindən silah çıxararaq bütün istiqamətlərə atəş açıb.

Ümumilikdə 50 dəfə açılan atəş nəticəsində dayanacaqda təşviş yaşanıb. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.

"Bu möcüzə idi ki, heç kim xəsarət almadı. Güllələr bizim yaxınlığımızdan keçirdi"- , deyə hadisə şahidi Stiven Marik bildirib. Polis atəş açan şəxsi tutmağa nail olub. Həmin şəxsin 42 yaşlı yerli sakin Markos Qurrola olduğu bildirilir.

Qeyd edək ki, buna bənzər insident bu həftənin çərşənbə axşamı günü Oreqon şəhərinin ticarət mərkəzlərinin birində qeydə alınmışdı. Həmin vaxt silahlı şəxs iki nəfəri öldürmüş, daha bir nəfəri isə yaralamlışdı. Cümə günü isə 20 yaşlı Adam Lanza Konnektikut ştatındakı Sendi Xuk məktəbində 26 nəfəri öldürdükdən sonra özünü vurmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar