ABŞ-da büdcə gərginliyi davam edir
08 Oktyabr 2013 Çərşənbə Axşamı 14:56
Prezident Barak Obamanın respulikaçılarla bu mövzuda müzakirələrə başlaması üçün şərti dəyişməz qalır.
Amerika Birləşmiş Ştatlarında federal büdcə planı ətrafında gərginlik davam edir. Prezident Barak Obamanın respulikaçılarla bu mövzuda müzakirələrə başlaması üçün şərti dəyişməz qalır.
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama respublikaçılarla səhiyyə islahatının icrasını yalnız onlar dövlət müəssisələrinin maliyyələşdirilməsini bərpa etdikdən və dövlət borcu tavanını qaldırdıqdan sonra müzakirə aparacağını bəyan edib. Bu barədə “Euronews” telekanalı məlumat verir.
Barak Obamanın fikrincə, Konqresin Nümayəndələr Palatasında büdcə layihəsinin qəbul edilməsinin tərəfdarları kifayət qədər çoxdur: “Bunu onların istədiklərinə nail olmadıqları təqdirdə ölkədə defolt baş verəcəyi təhlükəsi altında etmək istəmirəm. Mən ehtimal edirəm ki, səslər kifayət qədərdir. Elə buna görə də, spiker Con Beyner məsələni səsverməyə qoymur. Səsvermə olsun, nəticəsini görək”.
DOSTLARINLA PAYLAŞ: