ABŞ da Belarusa qarşı sanksiyalara dəstək verdi
21 Yanvar 2011 Cümə 02:50
Filip Krouli: “Biz sanksiyaların bərpası üçün əlavə addımlar atmağa hazırıq”.
Birləşmiş Ştatlar Avropa Parlamentinin Belarusa qarşı dərhal sanksiyaların tətbiqi ilə bağlı qətnmaəsini dəstəkləyir. Vaşinqton Belarus hakimiyyətinin müxalifətin dekabrdakı çıxışlarına qarşı reaksiyası ilə bağlı öz tərəfindən də əlavə tədbirər görməyə hazırdır. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli bəyan edib. “Biz Avropa Birliyindəki müttəfiqlərimizlə çıx məsləhətləşmələr aparırıq. Avropa Birliyinin atdığı addımları bilir və dəstəkləyirik. Biz narahatlıqlarımız baxımından əvvəllər lətğv edilmiş sanksiyaların bərpası ilə bağlı əlavə addımlar atmağa hazırıq”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar