ABŞ-da 70 nəfər xlordan zəhərləndi
22 İyun 2012 Cümə 10:43
Onların çimdiyi ümumi hovuzda xlorun səviyyəsi normadan artıq olub.
Amerika Birləşmiş Ştatlarının İndianapolis şəhərində uşaqlar da daxil olmaqla, 70-dən çox adam zəhərlənib. Onların ümumi hovuzda xlordan zəhərləndiyi bildirilir. Şəhərin xilasetmə xidmətinin məlumatına görə, hovuzda xlorun səviyyəsi normadan dəfələrlə çox olub.
DOSTLARINLA PAYLAŞ: