ABŞ-da 30 nəfər istidən öldü
08 İyul 2012 Bazar 14:29
Ölkənin şərqində 41 dərəcə isti qeydə alınıb.
Amerika Birləşmiş Ştatlarının şərqində rekord istilər qeydə alınıb. İstilər nəticəsində artıq 30 nəfərin dünyasını dəyişdiyi bildirilir. Onlardan 10-u Merilənd, 9-u isə Çikaqo sakinləridir.

Bir sıra şəhərlərdə 38-40 dərəcə temperatur qeydə alınıb. Paytaxt Vaşinqton şəhərində isə havanın hərarəti 41 dərəcəyə çatıb. Burada küçələrdə sakinlərə havayı su paylanılır.

İstidən əziyyət çəkən Nyu-York sakinləri Kuni adasındakı çimərliklərə axışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar