ABŞ-ın paytaxtı Vaşinqtonda bir vətəndaş cəmiyyəti təşkilatı, siyasətçi və digər cəmiyyət üzvlərinə 100 min Qurani Kərim paylayacaq. Birləşmiş Ərəb Əmirliklərində dərc olunan The National qəzetinin xəbərinə görə, Amerika İslami Əlaqələr Şurası (CAIR) adlı insan hüquqlarını müdafiə dərnəyi, ilk mərhələdə 100 min, ümumiyyətlə isə 1 milyon ingilis dilində Quran paylamağa qərar verib.
Dərnək, ərəbcə mətnin yanında ingiliscə tərcümə və şərhlərin olduğu Quran nüsxələrinin Konqresin bütün üzvləri, 50 əyalətin qubernatoru, seçilmiş cəmiyyət və hüquq mühafizə orqanları və media mənsublarına çatdırmağı nəzərdə tutub.
Qurumun sözçüsü bildirib ki, İslam ABŞ-da doğru qavranılmayıb və bu addım insanların Quranı daha yaxşı anlaya bilmələri üçün düşünülmüş bir layihədir. /ANS PRESS/